Fev 09, 2017 17:27 Asia/Baku
  • Qasemi: Amerikanın İran qarşısındakı düşmənçiliyi dəyişməyib
    Qasemi: Amerikanın İran qarşısındakı düşmənçiliyi dəyişməyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ola bilsin, Amerikada dəyişikliklər baş versin, lakin dəyişməyən məsələ, Amerikanın İran və iranlılar qarşısındakı düşmənçiliyidir.

Bəhram Qasemi bu gün Ağ Ev sözçüsünün sözlərinə reaksiyada deyib: Amerika prezidenti Donald Trampın qərarları və rəftarları barədə müxtəlif xəbərlərin gündəlik surətdə yayımı, bu ölkənin bəzi yeni rəsmilərinin qeyri-düzgün çıxışları, eləcə də son günlər Amerikanın bir çox şəhərlərində və dünyanın digər nöqtələrində keçirilən geniş etirazlar açıq şəkildə Amerikada prezident dəyişikliyindən söz açır.

Ağ Evin sözçüsü Şan Spayser son zamanlar demişdi ki, İran Amerikada yeni prezidentin hakimiyyətə gəldiyinə diqqətsizdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Dəyişməyən məsələ, məhz Amerikanın İranla bağlı düşmənçiliyidir ki, bu qısa zamanda və həmin ölkənin yeni prezidentinin hakimiyyətə gəlməsilə dünya bu qədim ədavətin bəzi hissələrinin şahidi oldu.

Qasemi İslam İnqilabı Fəcri ongünlüyü kimi ilahi günləri və Amerikanın İran üzərində hökmranlığının bitdiyini xatırladaraq, vurğulayıb: Əlbəttə, dəyişməmiş digər bir məsələ, Ağ Ev rəsmilərinin düşmənçilikləri və tamahkarlıqları, eləcə də fitnələrlə mübarizə üçün sayıqcasına, düşüncəli, izzətli yolun davam etdirilməsində və istiqlalsevərlikdə İranın dövləti və böyük xalqının iradəsi, imanı və əzmkarlığıdır.

Teqlər