İsveçin baş naziri Tehrana daxil olub
Fev 11, 2017 10:23 Asia/Baku
-
İsveçin baş naziri Tehrana daxil olub
İsveçin baş naziri ticarət və iqtisadi heyətə başçılıq edərək dünən gecə Tehrana daxil olub.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə Tehrana səfər edən İsveçin baş naziri Stefan Lotun Tehranın Mehrabad hava limanında İranın sənaye, mədən və ticarət naziri tərəfindən qarşılanıb.
İsveçin baş nazirinin İran rəsmiləri ilə görüşlərində, iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıqların genişləndirilməsi, region məsələləri, xüsusi ilə Suriya böhranı müzakirə ediləcək.
İsveç cari miladi ilin başlanğıcından iki il müddətinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilib.