İnqilab Rəhbəri: Region problemlərinin kökü ABŞ-ın müdaxiləsidir
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei regionun bugünkü problemlərinin kökünü bəzi böyük qüdrətlərin müdaxiləsi adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri şənbə günü günortadan sonra İsveç baş naziri Stefan Levfonu qəbul ediblər. İnqilab Rəhbəri buyurublar: ABŞ və bir çox Avropa qüdrəti Suriya və İraqda acı hadisələrin yaranmasında rola malik olublar və region xalqları bu müdaxilələri bilərək haqlı olaraq onlara bədbindirlər.
İslam İnqilabının Böyük Rəhbəri region problemlərinin həll yolunu regiondaxili adlandırıb və İraqda vəziyyətin yaxşılaşmaqda olduğuna toxunaraq əlavə ediblər: Suriya məsələsinin həlli imkanı da elə bu şəkildə ola bilər. Lakin bu, terrorizm və avantüraya himayənin kəsilməsini tələb edir.
İslam İnqilabının Böyük Rəhbəri bəzi qərb ölkələri səfirlərinin Suriya hökuməti müxalifləri arasında olmasını və bu ölkədə qarşıdurmaların formalaşmasının başlanğıcında onların səxavətlə silahları təhvil vermələrini problemli müdaxilələrin nümunəsi adlandırıb və deyiblər: Problemi həll etmək üçün problemin kökünü tanımaq, sonra isə onu müalicə etmək lazımdır.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin son il yarım ərzində bəzi Avropa dövlətləri rəsmilərinin Tehrana gediş-gəlişləri və müzakirələri, eyni zamanda imzalanan əksər anlaşmaların reallaşmamasına toxunaraq İsveç baş nazirinə xitabən bildiriblər: Sizdən olan tanışlıq sizin təşəbbüs və addım tərəfdarı olduğunuzu əks etdirir və anlaşmaların sadəcə kağız üzərində qalmayacağı şəkildə addım atacağınız gözlənilir.
İnqilab Rəhbəri İsveçin BMT Təhlükəsizlik Şurasına üzvlüyünə İranın lehinə səs verdiyinə diqqət çəkərək əlavə ediblər: Təhlükəsizlik Şurası önəmli potensialdır. Təəssüflər olsun ki, bəzi qüdrətlərin həbsxanasına çevrilib. Lakin eyni zamanda konstruktiv rolu oynamaqla bu qurum tərəfindən ikili standartların tətbiq olunmasının qarşısının alınması istiqamətində addım ata bilər.
İslam İnqilabının Böyük Rəhbəri İran xalqının 22 bəhmən yürüşündəki alqışalayiq iştirakını da İran xalqının hazırlığı və şövqünün əvəzsiz nümunəsi adlandırıb və deyiblər: Dünyada inqilabların ildönümləri protokol şəklində və bir qrup ziyalı və siyasətçilərin iştirakı ilə hərbi paradın keçirilməsi ilə təşkil olunur. Lakin İranda İslam İnqilabının qələbəsi ildönümü həqiqi bir şənlikdir. Belə ki, vətəndaşlar və müxtəlif kütlələrin iştirakı ilə keçirilir.