Fev 17, 2017 14:49 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi
    Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi

Tehranın cümə namazı xətibi: İranın qüdrəti düşmənlərin İran xalqı və quruluşu əleyhinə bütün fitnələrini zərərsizləşdirib.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam vəlmüslimin Kazım Sədiqi "nüvə anlaşması olmasaydı, İrana qarşı savaş qaçılmaz idi" deyən Avropa rəsmisinin açıqlamasına reaksiya olaraq deyib: Bu bir aldatmadır. Çünki, dünya İran ilə savaşmaq gücünə malik deyil. İran xalqı sonuna kimi düşmənlərin qarşısında dayanıbdır.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi əlavə edib: Əgər Amerika və imperialist qüdrətlər İrana hücum etmirlərsə, bunun səbəbi İran xalqının qüdrəti və İranın hərbi gücüdür.

Tehranın müvəqqəti imam cüməsi həmçinin, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı cinayətlərini qınayıb və deyib: Bəhreyn xalqının inqilab odu sönməyəcək və bu inqilab sonda asılı rejim üzərində qələbə çalacaq.

Höccətülislam vəlmüslimin Kazım Sədiqi əlavə edib: Bəhreyn xalqı müstəqillik, seçilmiş hökumət və zorakılığa son verilməsini istəyir.

Tehranın müvəqqəti imam cüməsi həmçinin, uşaq qatili olan Ali-Səud rejimini tənqid atəşinə tutub və deyib: Bu rejim öz beynəlxalq himayədarlarının dəstəyi ilə Yəməndə bəşəriyyət əleyhinə cinayətlərini davam etdirir.

Teqlər