Müqavimət iqtisadiyyatının kökündə istehsal və ixracatın artırılması dayanır
İranın İslami Şura Məclisinin sədri müqavimət iqtisadiyyatının kökündə istehsal və ixracatın artırılmasının dayandığını deyib.
İİR parlamentinin sədri Əli Laricani bu gün Qum şəhərində Bərəkət Fondu tərəfindən 14 iqtisadi layihənin istifadəyə verilməsi mərasimində deyib: İranın hər bir bölgəsinin istehsal və iş yerlərinin açılması baxımından iqtisadi üstünlükləri diqqətdə saxlanılmalı və hamı bu sahədə hökumətə yardım göstərməlidir.
Laricani deyib: Vətəndaşların kəramətli həyatı üçün hakimiyyətin diqqəti istehsala təmərküzləşib.
İranın İslami Şura Məclisinin sədri Qum ostanının üstün cəhətlərinin sənaye, dini turizm və kənd təsərrüfatı olduğunu bildirərək deyib: Qumun Tehrana yaxın məsafədə yerləşməsi, dəmiryolu şəbəkəsindən istifadə imkanları və gələcəkdə havva limanına malik olması ostanın digər üstün cəhətlərini təşkil edir və bunlara ciddi diqqət yetirildikdə bu ostanda gözə çarpacaq sıçrayış baş verə bilər.