General Salehi: Dünyanın zalım qüvvələri bütün sahələrdə məğlubiyyətə uğrayıblar
https://azeri.sahartv.ir/news/İran-i261982-general_salehi_dünyanın_zalım_qüvvələri_bütün_sahələrdə_məğlubiyyətə_uğrayıblar
İran İslam Respublikası ordusunun baş komandanı deyib: İranın öz hərbi təchizatlarını xaricdən idxal etməyə ehtiyacı yoxdur və yaxın zamanlarda S-300-dən daha yaxşı raketlər istehsal edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2017 08:46 Asia/Baku
  • General Salehi: Dünyanın zalım qüvvələri bütün sahələrdə məğlubiyyətə uğrayıblar
    General Salehi: Dünyanın zalım qüvvələri bütün sahələrdə məğlubiyyətə uğrayıblar

İran İslam Respublikası ordusunun baş komandanı deyib: İranın öz hərbi təchizatlarını xaricdən idxal etməyə ehtiyacı yoxdur və yaxın zamanlarda S-300-dən daha yaxşı raketlər istehsal edəcək.

İSNA-nın verdiyi məlumata görə, General Leytenant Ətaullah Salehi bu gün Tehranda hərbi akademiyanın tələbələrinin məzuniyyət mərasimində etdiyi çıxışında deyib: Bu gün İran xalqı hərbi güc sahəsində ölkənin müstəqilliyinin ləzzətini hiss etməkdədirlər. 

General Salehi deyib: Dünyanın zalım qüvvələri bu gün öz idarə etmə sistemlərində və bir çox digər sahələrdə məğlubiyyətə uğrayıblar və yaxın zamanda süqut edəcəklər. 

General Salehi deyib: Dünyanın zalım qüvvələri və sionizmin planlar və təhdidlərinin müxtəlif görüntüləri və metodları var amma bu planlar İraq və Suriyada məğlubiyyətə uğrayıb. 

İİR ordusunun komandanı deyib: İran hər hansı təhdid xarakterli düşüncə ilə qarşılaşmağa hazırdır.