Bəhram Qasimi: Ərəbistanın Yəmənin yaşayış bölgələrinə hücumları insan haqlarına ziddir
-
Bəhram Qasimi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanının Yəmənin yaşayış massivləri, qeyri-hərbi obyektlərə hücumlarının artması və beynəlxalq dairələr və qurumların yardımının qarşısını almasını pisləyib və bu hərəkətləri insan haqlarına zidd adlandırıb.
Cümə gecə Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazara hücumunda 26 sivil həlak olub və yaralanıb.
İran Xarici İşlər Nazirliyinin Baş Diplomatiya İdarəsinin məlumatına görə, nazirliyin mətbuat katibi Bəhram Qasimi şənbə günü BMT və digər beynəlxalq qurumlardan hava hücumlarında yəmənli sivillərin qırğın edilməsi məsələsini araşdırmalarını istəyib.
"Beynəlxalq təşkilatlar belə hücumların dərhal dayandırılması, sivillər, xüsusilə də uşaq və qadınların sağlamlığı və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görməlidirlər" -deyə Qasimi əlavə edib.
Səudiyyə Ərəbistanı ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib. Ərəbistanın Yəməni quru, hava və dənizdən mühasirəyə alaraq hücumlara məruz qoymaqda məqsədi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.
Bu hərbi təcavüz indiyə qədər minlərlə yəmənlinin həlak olması, yaralanması, didərgin düşməsi və Yəmənin infrastrukturlarının məhv olmasına gətirib çıxarıb.