Laricani: İran 8%-lik iqtisadi inkişaf və investisiya cəzb etmək ardıncadır
İran İslam Şurası Məclisinin sədri deyib: Müqavimət İqtisadiyyatı istiqamətində yaxşı addımlar atılmışdır və atılan addımlar dəstəklənməlidir.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar ertəsi günü Tehranda jurnalistlərlə mətbuat konfransı keçirib.
8%-lik iqtisadi inkişaf və investisiyanın cəzb olunmasını İranda önəmli məsələlərdən adlandıran parlament sədrinin sözlərinə görə, İran 8%-lik inkişafa çatmaq üçün daxili və xarici investisiya və finans yolu ilə təxminən 21,4% inkişafa malik olmalıdır.
"Büdcənin neftə asılılığının azaldılması İranın 6-cı inkişaf proqramında qeyd olunan məsələlərdəndir və 2022-ci ilə qədər İran büdcəsi neftə 20%-dən çox asılı olmamalıdır" -deyə laricani əlavə edib.
İran parlamentinin sədri regional proseslər, bəzi region ölkələrinin sionist rejimlə əlaqələrini normallaşdırmağa çalışmasına da münasibət bildirib: Xüsusi məqsədlərlə regionda həyata keçirilən bəzə avantüralar uğur qazanmayacaq və region ölkələri bu məsələdə ayıq-sayıq olmalıdırlar.
İslam Şurası Məclisinin sədri Suriyada həlledici müharibələrdə müqavimət cəbhəsinin son nailiyyətləri və ABŞ hərbçilərinin İŞİD terror qruplaşması ilə mübarizə bəhanəsi ilə bu ölkəyə girmələri haqda xatırladıb: ABŞ rəsmiləri sələfilərinin regionda etdikləri yanlışlıqları təkrarlamamalıdırlar.
İranın qanunvericilik orqanının rəhbəri həmçinin İranın qonşu ölkələrlə əlaqələri haqda deyib: İranın xarici siyasətinin prinsipi qonşu ölkələrlə qardaşlıq və dinc əlaqələrə malik olmaqdır.