Mart 19, 2017 09:54 Asia/Baku
  • Bun gün Həzrət Fatimənin (s.ə) səadətli mövludunun ildönümü günüdür
    Bun gün Həzrət Fatimənin (s.ə) səadətli mövludunun ildönümü günüdür

Bu gün 29 esfənd, 20 Cəmadiüs-Sani, 19 mart islam peyğəmbərinin əziz qızı Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladətinin ildönümü gününə təsadüf edir.

Həzrət Fatimə-Zəhra (s.ə) uşaqlıqdan vəhy evində atası əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) bələdçilikləri ilə təkamül, elm və fəzilətin ən yüksək zirvəsini əldə etdi. 

Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı həmçinin dünya şiələrinin birinci imamı Həzrət Əlinin (ə) evində ən yaxşı formada həyat yoldaşı və analıq vəzifəsini yerinə yetirdi və İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (s.ə) kimi böyük və dahi şəxsiyyətləri öz qucağında yetişdirdi. 

Həzrət Fatimə-Zəhra (s.ə) bütün cəhətlərdə dünya qadınlarının örnəyi hesab olunur və onun dünyaya gəldiyi gün İranda "Ana" və "Qadın" günü adlandırılmışdır və bu gündə qadınlar, xüsusilə də anaların mövqeyi qiymətləndirilir. 

Elə bu münasibətlə bütün İranda bayram və şənlikdir. 

İranın müxtəlif bölgələrində vəziyyət özünəməxsusdur və Əhli-Beyt (ə) vurğunları və aşiqləri küçələri çil-çıraqla bəzəyərək və şənlik edərək bu səadətli viladəti bayram edirlər. 

Səhər Beynəlxalq Televiziyası Həzrət Fatimə-Zəhranın (s.ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edir. 

Teqlər