Laricani: Yeni ildə İran xalqının hərəkət mehvəri müqavimət iqtisadiyyatı olacaq
Mart 22, 2017 13:11 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri İslam İnqilabının Böyük Rəhbərinin bəyanatları və yeni ilin "Müqavimət İqtisadiyyatı; İstehsal-Məşğulluq" ili adlandırılmasına toxunub: 1396-cı günəş ilində İran xalqının hərəkət mehvəri mütləq müqavimət iqtisadiyyatı olacaqdır.
İRNA-nın məlumatına görə, Əli Laricani əlavə edib: Müqavimət İqtisadiyyatının müxətlif sektorları vardır. Yerli istehsalçıları dəstəkləmək və alqışlamaq onun bir hissəsidir.
İslam İnqilabının Böyük Rəhbəri bazar ertəsi günü 1396-cı günəş ilinin başlanması münasibəti ilə bir müraciətdə yeni ili "Müqavimət İqtisadiyyatı; İstehsal-Məşğulluq" ili adlandırdılar.