İran eskadrası dostluq mesajı ilə Kəraçi limanına yan alıb
-
İran eskadrası dostluq mesajı ilə Kəraçi limanına yan alıb
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları Eskadrası dostluq və xoşməramlılıq mesajı ilə şənbə günü Pakistanın Kəraçi limanına daxil olaraq, bu ölkənin dəniz qoşunlarının yüksək rütbəli komandanları tərəfindən səmimi şəkildə qarşılanıb.
IRNA-nın məlumatına görə, iki esminesdən təşkil olunmuş bu eskadra şənbə günü səhər Kəraçi limanına yan alıb və qərar üzrə çərşənbə axşamı günü Pakistanın dəniz qoşunları ilə birgə təlim-məşq keçirdikdən sonra Kəraçi limanını tərk etməlidir.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları Eskadrasının Pakistanın Kəraçi limanında iştirakında məqsəd, iki qonşu ölkə arasında səmimi əlaqələrin daha da möhkəmləndirilməsi, dəniz qüvvələri sahəsində həmkarlıqların genişləndirilməsi və məntəqə sularının təhlükəsizliyinin gücləndirilməsidir.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları Eskadrasının Pakistanın Kəraçi limanında iştirakı Pakistan ordusunun dəniz qoşunları eskadrasının İranın Bəndər-Abbas limanında iştirakından bir aydan az bir müddətdə həyata keçirilibdir ki, bu da iki dost və qardaş ölkənin dəniz qüvvələri arasında inkişaf etməkdə olan müntəzəm əməkdaşlıqlar xüsusiyyət təşkil etməklə sıx müdafiə və hərbi əlaqələrdən xəbər verir.
İki ölkənin eskadraları müntəzəm şəkildə və hər il bir neçə dəfə xoşməramlılıq mesajı ilə bir-birilərinin limanlarına yan alırlar.
Pakistan ötən qışda çoxmilliyyətli böyük bir dəniz manevrinə ev sahibliyi edirdi ki, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarından bir heyət də nəzarətçi bir heyət kimi bu manevrdə iştirak edirdi.