İyun 05, 2025 17:41 Asia/Baku
  • İran və Qazaxıstan prezidentləri Qurban bayramı münasibəti ilə biri-birilərini təbrik ediblər

Prezident Pezeşkiyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığındadeyib: " İslam dininin nurani təlimlərinə əsaslanaraq, bütün İslam ölkələrini, xüsusən də Qazaxıstanı öz qardaşımız hesab edir və ümid edirik ki, bu möhtəşəm bayramın bərəkəti ilə xalqlarımız arasında qardaşlıq bağları daha da möhkəmlənəcək." Pezeşkiyan həmçinin Allahdan bütün dünya müsəlmanlarına, xüsusən də İran və Qazaxıstan xalqlarına sağlamlıq, bərəkət, sülh və əmin-amanlıq diləyib.

Qazaxıstan Prezidenti də vurğulayıb:" İran İslam Respublikası Qazaxıstan üçün mühüm və qardaş ölkədir və Qazaxıstan rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin yaxın gələcəkdə Tehrana səfərinin planlaşdırılması ölkəmizin İran İslam Respublikası ilə dostluq əlaqələrini möhkəmləndirmək və genişləndirmək əzmi və iradəsinin bariz göstəricisidir."