İyun 05, 2025 13:21 Asia/Baku
  • Yəmən: ABŞ-ın vetosu bu ölkə üçün əbədi bir rüsvayçılıqdır

Yəmənin Milli Qurtuluş Hökuməti ABŞ-ın Qəzzədə atəşkəs qərarını veto etməsini qəti şəkildə pisləyib və bunu ABŞ-ın üzərində əbədi rüsvayçılıqdır adlandırıb.

Bəyanatda deyilir ki, ABŞ-ın vetosu sadəcə siyasi qərar deyil, Qəzzədə daha çox qadın və uşağın öldürülməsi üçün qanunsuz icazədir. ABŞ-ın vetosu soyqırımı cinayətini ört-basdır edir, bu cinayəti isə müharibə cinayətkarı Netanyahu və onun vəhşi sionist dəstəsi törədir.