Apr 10, 2017 14:31 Asia/Baku
  • İranda prezident seçkilərinə namizədlərin adlarının qeydiyyata alınmasına başlayır
    İranda prezident seçkilərinə namizədlərin adlarının qeydiyyata alınmasına başlayır

İranda Seçki Qərargahının rəisi deyib: İran İslam Respublikasında prezidentliyə 12-ci cağırış seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesinə sabahdan etibarən srart veriləcək.

İRİB-nin verdiyi məlumata görə, Əli Əsğər Əhmədi deyib: Namizədliyini irəli sürənlər çərşənbə axşamı günündən başlayaraq, cümə axşamına(15 aprel) kimi adlarını qeydiyyata aldırmaq üçün sənədlərini təqdim etmək fürsətinə malik olacaqlar. 

Əhmədi əlavə edib: Namizədliyini irəli sürmək istəyən şəxslər mütləq Daxili İşlər Nazirliyində yerləşən Mərkəzi Seçki Qərargahına müraciət etməlidirlər. 

İranda prezidentliyə 12-ci çağırış seçkiləri və Şəhər və Kənd İslam Şuralarına 5-ci çağırış seçkiləri 19 may 2017-ci il tarixində keçiriləcək. 

Teqlər