Zərif: ABŞ-ın Suriyaya hücumu qəbuledilməzdir
-
Zərif: ABŞ-ın Suriyaya hücumu qəbuledilməzdir
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın Suriyaya raket hücumunu tənqid edərək, deyib: Bu hücum qəbuledilməzdir.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə telefon söhbətində ABŞ-ın Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi bəhanəsi ilə bu ölkəyə hərbi hücum həyata keçirməsini qəbuledilməz adlandırıb və həqiqətlərin üzə çıxarılması üçün faktaraşdırıcı komitənin yaradılmasını istəyib.
İtaliyanın xarici işlər naziri Ancelino Alfano da bu telefon söhbətində regional və beynəlxalq məsələlər barədə Zərif ilə fikir mübadiləsi aparıb.
Alfano həmçinin, Zərifi G7 qrupunun xarici işlər nazirlərinin İtaliyada keçirilən iclasında müzakirə edilən mövzular barədə məlumatlandırıb.
ABŞ ordusu cümə günü Suriyanın Homs vilayətində yerləşən Şəirat hava bazasına raket zərbələri endirib.