Apr 12, 2017 20:26 Asia/Baku
  • Zəngənə: İranın neft sənayesi tarixində ən böyük açılış\Bazar günü
    Zəngənə: İranın neft sənayesi tarixində ən böyük açılış\Bazar günü

İranın neft naziri deyib: Cənubi Pars yatağında 6 korpus, 3 neft layihəsi və 3 neft-kimya layihəsi bazar günü İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Əsəluyədə istifadəyə veriləcək.

İRİB-nin verdiyi məlumata görə, Bijən Zəngənə çərşənbə günü jurnalistlər qarşısında deyib: Əsəludəyə ümumi dəyəri 20 milyard dollar olan layihə istifadəyə veriləcək. Bu isə İranın neft sənayesi tarixində ən böyük açılış olacaq. 

İranın neft naziri həmçinin, neft ixrac edən ölkələr təşkilatı OPEK-in neftin qiyməti və satış həcmi üzrə qərarı haqda da deyib: OPEK-in qərarlarından aydın olur ki, bütün tərəflər enerji bazarında sabitlik ardıncadır və bu anlaşma ilə neft bazarında sabitlik davam edəcək. 

Zəngənə İranın neft istehsalı miqdarının artacağından xəbər verərək, deyib: ötən bir ay yarım ərzində Azər neft yatağından neftin istismarına 15 min barel neft istehsalı ilə start verilib və tezliklə bu rəqəm 30 min barelə çatacaq. Daha sonra bu rəqəm 60 min barelə çatdırılacaq. 

İran hazırda 2 milyon 265 min barel gündəlik neft istehsalına malikdir. 

Teqlər