İranda prezident seçkilərinə namizədlərin qeydiyyata alınması davam edir
https://azeri.sahartv.ir/news/İran-i265608-İranda_prezident_seçkilərinə_namizədlərin_qeydiyyata_alınması_davam_edir
İranda 12-ci prezident seçkilərinə namizədlərin qeydiyyata alınması bu gün də 4-cü gün olaraq davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2017 07:01 Asia/Baku
  • İranda prezident seçkilərinə namizədlərin qeydiyyata alınması davam edir
    İranda prezident seçkilərinə namizədlərin qeydiyyata alınması davam edir

İranda 12-ci prezident seçkilərinə namizədlərin qeydiyyata alınması bu gün də 4-cü gün olaraq davam edir.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islami şuraları seçkiləri ilə eyni zamanda 2017-ci il mayın 19-da keçiriləcək.

İran prezident seçkilərinə namizədlik üzrə qeydiyyatın üçüncü gününün sonunadək 638 nəfər qeydiyyatdan keçib, bunlardan 21 nəfər qadındır. 

12-ci prezident seçkilərinə namizədlərin qeydiyyata alınmasına aprelin 11-dən start verilib, bu prosses aprelin 15-dək 5 gün müddətinə davam edəcək.