Cənubi Pars qaz yatağının 17-18-ci fazaları istifadəyə verilib
https://azeri.sahartv.ir/news/İran-i265868-cənubi_pars_qaz_yatağının_17_18_ci_fazaları_istifadəyə_verilib
Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakı ilə, ölkənin cənubunda yerləşən Buşehr ostanının Əsəluyyə ərazisində Cənubi Pars qaz yatağının 17-18-ci fazaları istifadəyə verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2017 08:47 Asia/Baku
  • Cənubi Pars qaz yatağının 17-18-ci fazaları istifadəyə verilib
    Cənubi Pars qaz yatağının 17-18-ci fazaları istifadəyə verilib

Bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakı ilə, ölkənin cənubunda yerləşən Buşehr ostanının Əsəluyyə ərazisində Cənubi Pars qaz yatağının 17-18-ci fazaları istifadəyə verilib.

İstifadəyə verilən hissələr ölkədə daxili tələbatın ödənilməsi və onun hazırlanmasında daxili texnologiya və mühəndislik xidmətlərindən istifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir. 

17 və 18-ci fazaların inkişaf layihəsinin icrasında məqsəd, ümum ölkə qaz şəbəkəsinə ötürmək üçün gündəlik 56 milyon kub metr qazın istehsalı, ixrac edilmək üçün gündəlik 77 min barrel qaz məmulatları, illik 1 milyon ton maye qaz və bu miqdarda da etan qazı eləcə də kənar məhsul olan 400 ton kükürd istehsalından ibarətdir. 

Bu fazaların istifadəyə verilməsi nəticəsində əldə olunacaq illik gəlir 5 milyard dollara bərabərdir. 

İran prezidenti bu gün həmçinin Cənubi Pars yatağının neft-kimya kompleksinin 19-20-21-ci fazalarını da istifadəyə verib.