Apr 16, 2017 15:31 Asia/Baku
  • Cənubi Pars qaz yatağında 5 yeni korpus istifadəyə verildi
    Cənubi Pars qaz yatağında 5 yeni korpus istifadəyə verildi

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü Cənubi Pars qaz yatağının 17, 18, 19, 20 və 21-ci korpuslarının habelə, 4 digər neft və neft-kimya layihəsinin istifdadəyə verilməsi mərasimində iştirak edib.

Cənubi Pars qaz yatağında bu yeni 5 korpusun istismara verilməsi ilə İran təbii qaz istehsalını 150 milyon kub metr, qaz konsendantları istehsalını 200 min barel, etan qazı istehsalını 3 milyon ton və LPG(maye qaz) istehsalını 3 milyon ton artırmış olub.

Cənubi Pars qaz yatağının 17, 18, 19, 20 və 21 korpuslarının istismar layihəsi 20 milyard dollar vəsait hesabına həyata keçirilib. 

Cənubi Pars qaz yatağının yeni korpuslarının istifadəyə verilməsi ilə İranın bu müştərək qaz yatağından istehsal miqdarı Qətər ilə bərabərləşmiş olub. 

Həmçinin, İran İslam Respublikası prezidenti Həsən Ruhani "Kavyan2", "Mirvarid", "Entexab" və "Təxt Cəmşid" neft-kimya komplekslərində 4 yeni layihənin açılış mərasimində iştirak edib. 

Bu layihələrin istifadəyə verilməsi ilə İranın illik neft-kimya məhsulları istehsalı 2 milyon ton artmış olub. Bu isə İranda istehsal və məşğulluq sahəsində böyük bir sıçrayış sayılır. 

Teqlər