Apr 16, 2017 19:19 Asia/Baku
  • Fuə və Kəfərya sakinlərinə qarşı cinayətə görə ABŞ məsuliyyət daşıyır
    Fuə və Kəfərya sakinlərinə qarşı cinayətə görə ABŞ məsuliyyət daşıyır

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi ABŞ-ın Suriyaya qarşı hərbi hücumunun terrorçuları Fuə və Kəfərya sakinlərinə qarşı terror hücumuna həvəsləndirdiyini bildirib.

Hüseyn Əmir Abdullahiyan bazar günü ABŞ-ın Suriyanın Şəirat hava bazasına olan hücumunu kəskin formada qınayaraq, deyib: ABŞ-ın bu hərəkəti terrorçulara qol-qanad verməklə yanaşı, onları Fuə və Kəfərya sakinlərinə qarşı cinayət törətməyə həvəsləndirib. 

Hüseyn Əmir Abdullahiyan həmçinin, Suriya xalqının xüsusi ilə də Fuə və Kəfərya sakinlərinin terrorçular qarşısındakı müqavimətini alqışalayiq adlandırıb və Suriya dövlətinin Fuə və Kəfərya sakinlərinin nicatı üzrə səylərini yüksək qiymətləndirib. 

ABŞ ordusu Suriyanın İdlib vilayətində, Xan Şeyxun şəhərində kimyəvi silahdan istifadə bəhanəsi ilə Aprelin 7-də Suriyanın Hums şəhərinin yaxınlığında yerləşən Şəirat hava bazasına raket zərbələri endirib. 

Bu hücumun ardınca dünən Hələb şəhərinin Raşidin məntəqəsində, Fuə və Kəfərya sakinlərini köçürməli olan avtobus karvanına edilən terror hücumunda 120 nəfər həlak olub, 224 nəfər isə yaralanıb. Hadisə qurbanlarını əsasən qadınlar və uşaqlar təşkil edir. 

Teqlər