Apr 24, 2017 19:49 Asia/Baku
  • İran və Qırğızıstan ikitərəfli əməkdaşlığı genişləndirir
    İran və Qırğızıstan ikitərəfli əməkdaşlığı genişləndirir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikası və Qırğızıstan narkotik maddələrlə mübarizə və onun xəsarətlərinin qarşısını almaq sahəsində əməkdaşlıq edirlər.

İRİB-in məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar ertəsi günü Qırğızıstan parlametinin sədri Çinibay Dursunbekovla Tehranda mətbuat konfransı keçirib: İran və Qırğızıstanın beynəlxalq əməkdaşlıqları və siyasi əlaqələri yaxşı səviyyədədir və iki tərəf parlament əməkdaşlıqlarının genişləndirilməsi sahəsində yaxşı müzakirələr aparıblar.

Laricani əlavə edib: Qırğızıstan parlament sədrinin Ticarət Palatası rəhbərliyi ilə müzakirələrində, həmçinin onun İranın sənaye və kənd təsərrüfatı mərkəzləri ilə yaxından tanış olduğu zaman qeyd olundu ki, iki ölkə arasında ticarət əməkdaşlığının sadələşdirilməsinə şərait yaradılmalıdır.

Laricani ümidvarlıq edib ki, İranın Çinə birləşməsi üçün iki ölkə arasında əlaqə yolları sahəsində Tehranda Qırğızıstan parlament sədri ilə müzakirələrə şərait yaranacaq.

İran parlamentinin sədri xatırladıb: İran və Qırğızıstanın regionda terrorizm və radikallıq təhlükəsi qarşısında ortaq baxışı vardır. Hər iki ölkə Əfqanıstanda narkotik maddələrin istehsalı təhlükəsi ilə üzləşib. Bu sahədə iki ölkə arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qırğızıstan parlamentinin sədri Çinibay Dursunbekov da deyib: Qırğızıstan və İran bir-biri üçün strateji şərikdir və bütün siyasi və iqtisadi sahələrdə əlaqələri genişləndirməyə hazırdır.

Qırğızıstan parlamentinin sədri bildirib: Qırğızıstan İranı önəmli regional şəriki hesab edir və İran parlamentinin sədri ilə görüşdə siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi ilə əlaqədar bütün məsələlər müzakirə olundu.

Teqlər