Apr 30, 2017 19:00 Asia/Baku
  • İranda prezident seçkiləri namizədlərinin seçki təbliğatları sürətlənib
    İranda prezident seçkiləri namizədlərinin seçki təbliğatları sürətlənib

İranda prezident seçkiləri namizədlərinin seçki təbliğatları sürətlənib. Seçki toplantıları və iclasları başlanıb. Namizədlər həmçinin, müxtəlif şəhərlərə səfər edərək, öz tərəfdarları qarşısında çıxışlar edirlər. İranda prezident seçkilərinin 6 namizədi püşk atma yolu ilə təyin edilmiş telekanallar və radiolarda öz çeçki proqramlarını , hədəf və məqsədlərini, seçkilərdə qələbə çalacaqları təqdirdə görəcəkləri işlərlə bağlı proqramlarını şərh edirlər.

Birinci plato:

İranda prezident seçkilərinə 2 həftədən çox qalır. Prezident seçkiləri namizədləri təbliğat və təşviqat kampaniyalarını ciddi formada izləyirlər. Televiziya və radio proqramlarından tutmuş xalq qarşısında çıxışlara kimi seçki təbliğatı ilə məşğuldurlar. 

 

Nəreyşn:

İran prezidenti və 12-ci prezident seçkilərinin namizədi Həsən Ruhani şənbə günü axşam İranın birinci telekanalının "Kamera ilə" proqramının qonağı olub. 

(orijinal səs)

Ruhani sərmayə qoyuluşunun təhlükəsizlik və sabitliyə ehtiyaclı olduğunu bildirib və deyib: İran məhsullarının ixracatını artırmaq üçün dünya ilə anlaşmada olmaq lazımdır. Xarici sərmayə qoyuluşlarının artması və dünya ölkələri rəsmilərinin Tehrana səfər etmələri dünya ölkələrinin İrana hörmət etmələrinin nişanəsidir.

İran prezident seçkilərinin digər namizədlərindən olan İbrahim Rəisi Sadat da şənbə günü Tehranda seçki seminarında iştirak edərək, gənclərin işsizlik probleminin həll edilməsinin ölkənin idarəetmə sistemində ciddi dəyişikliyə ehtiyaclı olduğunu deyib. 

 

(orijinal səs)

 

Rəisi müqavimət iqtisadiyyatı siyasətlərinin icrasına təkid edərək, deyib: Müqavimət iqtisadiyyatı düşmənin təzyiqləri qarşısında müqavimət göstərə bilər və bu iqtisadiyyat İranda daxili potensiala söykənməli və ixracata yönəlməlidir. 

12-ci prezident seçkilərinin digər namizədlərindən olan İshaq Cahangiri də şənbə günü axşam İranın ikinci telekanalının xüsusi xəbər buraxılışının qonağı olub. 

(orijinal səs)

İshaq Cahangiri az təminatlı təbəqənin problemlərinə diqqəti İran İslam Respublikası quruluşunun əsas ideyalarından adlandırıb və deyib: Prezidentin rolu cəmiyyətə irəliyə doğru hərəkət etdirməkdir. Hökumət üçün isə, yaradıcılıq, yenilikçilik, iqtisadiyyatın güclülüyü və müdirlərin sədaqətli olması önəmlidir. 

İranda 12-ci prezident seçkilərinin digər namizədlərindən olan Mustafa Ağamirsəlim də şənbə günü qonağı olduğu radio proqramında deyib: Xalqın və seçicilərin səsini və etibarını qazana biləcəyim təqdirdə, müxtəlif şəxslərin təcrübələri, peşəkarlığı və bacarığından istifadə edərək, şəhər çirkləndiriciləri böhranı ilə mübarizə sahəsində onlardan faydalanacağam. 

 

İranda 12-ci prezident seçkilərinin digər namizədlərindənolan Mustafa Haşemitəba da şənbə günü axşam İranın Teleradio Təşkilatında olaraq "İran 96" verilişində iştirak edib. 

(orijinal səs)

O deyib: Xaricdə yaşayan iranlılar ölkənin elmi dərəcəsini yüksəldə bilərlər. Onlar ixracatın artırılması, maliyə əlaqələri, texniki-mühəndislik əməkdaşlıqları üçün İran ilə digər ölkələr arasında körpü rolunu oynaya bilərlər. 

 

Bu arada İran İslam Respublikası prezident seçkilərində üsulçuların nümayəndəsi olan Seyid İbrahim Rəisinin tərəfdarlarının toplantısı şənbə günü axşam Tehranda "7 Tir Şəhidləri" amfiteatrında keçirilib. 

(orijinal səs)

Bu mərasimdə müxtəlif təbəqədən olan insanlar, idmançılar və siyasi-dini şəxsiyyətlər iştirak ediblər. 

Hazırkı prezident Həsən Ruhaninin tərəfdarlarının toplantısı isə Tehranın "Ərikeye İraniyan" kompleksində baş tutub. 

(orijinal səs)

Ruhani seçki təbliğatlarının davamında Yəzd şəhərinə səfər edərək, tərəfdarları qarşısında çıxış edib. 

 

İkinci Plato:

Digər tərəfdən, bəziləri tərəfindən bütün namizədlərin son ana kimi mübarizə aparacaqları və ya sonda bir başqa namizədin xeyrinə seçkilərdən kənara çəkiləcəkləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 

 

Nəreyşn:

Hələ ki, üsulçuların namizədlərindən hansının üsulçuların vahid namizədi olaraq sona qalacağı bilinmir. Əlbəttə, üsulçuların namizədləri arasında ən mühüm olanları Rəisi və Qalibafdır. Ola bilsin ki, onların ikisi də sona kimi mübarizəni davam etdirsinlər. Mötədil və islahatçıların namizədləri arasında isə Cahangirinin əsas namizəd olduğu barədə fikirlər səsləndirilir. Baxmayaraq ki, islahatçıların siyasətlərin təyin edilməsi şurasının sədr əvəzi cənab Musəvi Lari Həsən Ruhanini islahatçıların əsas namizədi elan edib. 

 

İslahatçı fəal İbrahim Əsğərzadə:

İndi islahatçılar Cahangiridən istəyə bilərlər ki, Ruhaninin xeyrinə seçkilərdən kənara çəkilsin. Əgər O, özünü islahatçıların nümayəndəsi kimi təqdim etməsəydi, o zaman seçkilərdən kənara çəkilməsi və ya ikinci dərəcəli namizəd kimi bir kənarda qalması seçkilərdəki iştirakına zərbə vura bilərdi. 

Musəvi Lari:

Bizim iki namizədimiz olmayacaq və əminəm ki, aydın bir anlaşmaya nail olacağıq. Ruhani əsas namizəd olaraq fikirlərini bəyan edir. Amma, sonda siyasətləri təyin edən şura son mərhələdə bir nəfəri vahid namizəd olaraq təqdim etməyə çalışacaq. Biz elə bu möbqedən və Ali Şuranın ötən ilki iclasında söz birliyi ilə qərara aldıq ki, bizim vahid namizədimiz Ruhani olsun. Ruhani islahatçıların namizədidir və bu dəyişməyəcək. 

 

Yekun Plato:

İranda prezidentlik ölkənin icraedici strukturunun başında duran şəxs kimi bütün işlərin idarə edilməsində məsuliyyət daşıyan şəxsdir. O, öz proqramları əsasında ölkənin problemlərini həll etməklə yanaşı, inkişafa da şərait yaratmalıdır. 

 

Teqlər