Avropalılar Fars turizm məkanlarından baxış keçirən xarici turistlərin önündə gedirlər
İranın Fars vilayətinin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının baş müdiri deyib ki, Fransa, Almaniya,İtaliya, İspaniya və Hollandiyadan olan turistlər İranın Fars vilayətinə ən çox səfər edən turistlər olublar.
IRNA-nın məlumatına görə, İranın Fars vilayətinin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının baş müdiri Musəyyeb Əmiri əlavə edib: Xarici turistlərin ötən ayda Fars vilayətinin görməli yerlərindən baxış keçirmələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faizlik artıma malik olubdur.
Musəyyeb Əmiri söyləyib: Bu müddətdə 69 min 172 xarici turist Fars vilayətinin görməli yerlərindən baxış keçirib.
İranın Fars vilayətinin Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının baş müdiri deyib: "Təxte Cəmşid" tarixi və ümumdünya kompleksi, "Nəqşe Rostəm", mədəni-tarixi Hafiziyyə kompleksi, ümumdünya Pasarqad kompleksi və "Təxte Cəmşid" muzeyi ən çox xarici turistin baxış keçirdiyi məkanlardır.