İnqilab Rəhbəri Ayətullah Haşemi-Şahrudiyə baş çəkiblər
https://azeri.sahartv.ir/news/İran-i269070-İnqilab_rəhbəri_ayətullah_haşemi_Şahrudiyə_baş_çəkiblər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Tehran xəstəxanalarından birində olaraq, Rəhbərlik Xübreqanı Məclisinin sədr müavini Ayətullah Seyid Mahmud Haşemi-Şahrudiyə baş çəkiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2017 13:07 Asia/Baku
  • İnqilab Rəhbəri Ayətullah Haşemi-Şahrudiyə baş çəkiblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Tehran xəstəxanalarından birində olaraq, Rəhbərlik Xübreqanı Məclisinin sədr müavini Ayətullah Seyid Mahmud Haşemi-Şahrudiyə baş çəkiblər.

Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri həkim qrupu ilə danışaraq, Ayətullah Haşemi-Şahrudinin müalicə gedişi ilə tanış olub və onun üçün sağlamlıq diləyiblər.

Ayətullah Seyid Mahmud Haşemi-Şahrudi Rəhbərlik Xübreqanı Məclisinin sədr müavini, İİR Quruluşunun Məsləhət Şurasının sədr müavini, Nigəhban Şuranın üzvü və İranda Üç Hakimiyyət Qüvvəsi Arasında Əlaqələrin Tənzimi və İxtilafın Həlli üzrə Ali Heyətin sədridir.