May 14, 2017 12:35 Asia/Baku
  • İran DİN seçkilərin şəffaflığı və təhlükəsizliyini mühafizəsi üçün xüsusi tədbirlər görüb
    İran DİN seçkilərin şəffaflığı və təhlükəsizliyini mühafizəsi üçün xüsusi tədbirlər görüb

İranın daxili işlər naziri deyib: Seçkilərin sağlam, qanuni və əzəmətli şəkildə keçirilməsi üçün münasib struktur və şərait yaradılıb.

İRİB-in məlumatına görə, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli şənbə gecə İranın 1-ci telekanalının qonağı olub. 

İran İslam Respublikası prezident və şəhər və kənd islam şuraları seçkilərinin təhlükəsizliyi, sağlamlığı və düzgünlüyünü qorumaq üçün bütün qanuni tədbirlərin görüldüyünü deyən Rəhmani Fəzli əlavə edib: Bülletenlərin qeydə alınması siyahısında təxminən 14 növ kodlaşdırma vardır ki, heç kimə saxtakarlıq icazəsi vermir. 

Konstitusiyaya Nəzarət Şurasının yeni metodu ilə seçkilərdə seçicilərin kimliyinin müəyyənləşməsinin elektron şəklində olduğunu bəyan edən nazir bildirib: 80 milyonluq iranlının məlumatları ilə milli kod düzgün olmasa, həmin şəxs səs verə bilməz. 

Bütün İranda 64 min seçki məntəqəsinin olduğuna toxunan daxili işlər naziri əlavə edib: Builki seçilərdə 56 milyon 500 min nəfər səsvermə hüququna malikdir. 

İranın daxili işlər naziri həmçinin deyib: Sərhədlərdən İranın daxilinə qədər seçkilərin təhlükəsizliyini üzərinə götürən 300 min təhlükəsizlik qüvvəsi istisna olmaqla, 160 min nəfər də seçki intizamını üzərinə götürüb. 

Əbdürrza Rəhmani Fəzli Negəhban Şurasından 64 min nümayəndənin namizədlərin nümayəndələri ilə birlikdə səslərin sayılmasının son anına qədər iştirak edəcəyinə toxunub: İran Konstitusiyasına əsasən, nəticələr elan olunduqdan sonra bəzilərinin səslərə etirazı olduğu halda, üç gün müddətində öz etiraz və ya şikayətini Nəzarət Şurasına göndərə bilərlər. 

Teqlər