May 19, 2017 11:21 Asia/Baku
  • İran prezident seçkiləri
    İran prezident seçkiləri

Bu gün Tehran vaxtı ilə saat 8:00-da İranda gözlənilən seçki günü gəlib çatdı və səsvermənin ilk anında İslam İnqilabının Böyük Rəhbəri səsvermə məntəqəsinə gələrək öz səsini verib. İnqilab Rəhbəri buyurublar: Vətəndaşlar daha çox və daha tez səsvermə məntəqəsinə gəlsinlər, ölkənin taleyi vətəndaşların əlindədir.

İslam İnqilabının Böyük Rəhbəri demokratiya neməti və seçkilərdə iştirak üçün Allah-taalaya şükür edərək buyurublar: Əl-Həmdulillah vətəndaşlarımız bu nemət üçün şükür edirlər. Çünki iştirak etdiklərini görürlər.

Vətəndaşların seçkilərdə daha çox iştirak etməsini tövsiyə edən İnqilab Rəhbəri buyurublar: Ölkənin taleyi vətəndaşların əlindədir və icraçı qüvvənin başçısını seçirlər. Bu işin əhəmiyyətinə diqqət yetirmək lazımdır.

İnqilab Rəhbəri şəhər və kənd islam şuraları seçkilərini də önəmli adlandırıblar: Şəhər və kənd xidmətləri, yəni vətəndaşların gündəlik məsələlərini yoluna qoyacaq şəxslər seçilirlər. Bu da önəmlidir. İnşallah, tam diqqətlə və tam tanışlıqla bu seçkilərdə iştirak etsinlər. Bu mənim vətəndaşlara tövsiyəmdir.

Aylardır İrandakı builki seçkilər həm iranlılar, həm də dünyanın bir çox ölkələri üçün diqqət mərkəzində durmuşdur və bu günün gəlib çatması üçün günlər sayılırdı. Belə ki, səsvermənin nəticəsi və İran vətəndaşlarının iştirakını görsünlər.

Şərq ölkələrində iranlıların səsverməsi İranda səsvermədən öncə başlanıb və böyük sıraların yarandığı bildirilir.

300 mindən çox təhlükəsizlik və ictimai qüvvə 124 min əməkdaş və nəzarətçinin əməkdaşlığı ilə 64 mindən çox səsvermə məntəqəsində seçkilərin sağlam keçirilməsinə zəmanət verir və televiziya kameraları ilk saatlardan məntəqələrdə izdiham və uzun sıraların yarandığını əks etdirir.

İran vətəndaşları cəmiyyətin hazırkı şəraitin dərk edərək özünü quruluşun əsas sahibi hesab edir və bu gün öz səsini respublika mehvəri ilə yaxşı gələcəkləri üçün möhkəm arxa sayırlar. Halbuki İran düşmənləri bu respublikanı məhv etməyə cəhd göstərirlər.

İslam Respublikası terminini ilk də Həzrət İmam Xomeyni (rə) Parisdə  münasib və nəzərdə tutduğu quruluşun vəsfi üçün istifadə etmişdir. O həzrət 12 oktyabr 1978-ci ildə İslam Respublikasında hökumətin formasına dair jurnalistin sualına cavabda buyurur: İslam quruluşu və islam respublikası ictimai səsə və ictimai referenduma söykənən bir quruluşdur.

Cümhuriyyət quruluşu quruluşun təsis olunmasının ilk mərhələlərində xalqın səsi və rəyini tələb etməklə şərtlənmədi. İslam Respublikası xalqın daimi iştirakı və rəsmilərə həmişəlik nəzarətini ehtiva edir.

İran İslam Respublikası quruluşunda Konstitusiyanın 6-cı maddəsinə əsasən, ölkənin işləri ictimai rəylərə əsasən idarə olunmalıdır.

İslam İnqilabının 38 illik ömründə 35 dəfə səsvermənin keçirilməsinin dünyada bəlkə də analoqu olmamışdır. Ötən dövr seçkilərdə vətəndaşların iştirak cədvəli 63%-dən yuxarı olmuşdur. Bu il də 18 yaşdan yuxarı 56,5 milyon iranlı qadın və kişi səsvermə hüququna malikdir. Onlar böyük çərçivədə prezidenti, kiçik çərçivədə isə şəhər və kənd islam şuraları nümayəndələri seçmək üçün səsvermədə iştirak edirlər.

Səsvermə üçün yaranan sıralar özünməxsus cilvələr yaradıb. Bütün bunlar kameraların diqqətindən yayınmamış və gözəl səhnələr kadrlara alınmışdır.

Teqlər