İran prezident seçkilərinin yekun nəticələri elan olunub
İranda 12-ci prezident seçkilərinin nəticələrinin elan olunmasına əsasən, bu seçkilərə namizəd Həsən Ruhani 23 milyondan çox səslə bir daha İranın seçilmiş prezidenti oldu.
İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli bir az bundan öncə müxbirlər qarşısında deyib: Ümumi 41 milyon 220 min 131 səsdən Həsən Ruhani 23 milyon 549 min 616 səs toplayaraq, bir daha İran İslam Respublikasının prezidenti olubdur.
Rəhmani Fəzli əlavə edib: 12-ci prezident seçkilərində Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min 449, Mustafa Ağa Mir Səlim 478 min 215 və Mustafa Haşemi Təba 215 min 450 səs əldə ediblər.
12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirildi.
Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.
56 milyon 410 min 234 nəfər 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səsvermə şəraitinə malik idi ki, bu seçkilərdə 70 faizdən çox, yəni 40 milyon nəfərdən çox iştirakın olduğu elan edilib.