May 29, 2017 19:14 Asia/Baku
  • İraq İranın xarici siyasətini alqışlayıb
    İraq İranın xarici siyasətini alqışlayıb

İraqın xarici işlər naziri İranın regiondakı siyasətinin tam şəffaf olduğunu və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sövkəndiyini bildirib.

İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri b gün İRNA-ya verdiyi açıqlamada deyib: Regionda İranofobiyanın heç bir məntiqi əsası yoxdur . 2003-cü ildən indiyədək İran İslam Respublikası İraqa heç vaxt hərbi qüvvə göndərməyib və heç bir iranlı İraqda terror aktı törətməyib. 

Cəfəri hazırkı durumda İrana qarşı təbliğatlarda məqsədin nə olduğu barədə deyib: Bir siyasi quruluş nə qədər müstəqil və möhkəm olarsa ona qarşı hücumlar da güclü olacaq, regionda baş verənlər İranın üstün gücünə reaksiyadır ona görə ki, İran İslam Respublikası mütərəqqi və güclü ölkə olduğunu, tam aydın strateji siyasətə, iqtisadi gücə və diplomatik qabiliyyətə malik oldğunu daima isbatlayıb və bu da regionda bazilərini narahat edir. 

İraqın XİN başçısı deyib: İran İslam Respublikası sülh sevər dövlət olaraq regionun sakitliyi və stabilliyində həmişə rol oynamışdır. 

Teqlər