İranın seçilmiş prezidentinin andiçmə mərasiminin zamanı elan olunub
İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü deyib ki, İranın seçilmiş prezidentinin andiçmə mərasimi avqustun altısında məclisdə keçiriləcəkdir.
İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Əhməd Əmirabadi bu gün məclisin açıq iclasının kənarında müxbirlər qarşısında deyib: Aparılmış proqramlaşdırmalara əsasən, İranın seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimi avqustun altısında keçiriləcək və ondan sonra İran prezidenti təklif olunacaq nazirləri məclisə təqdim etmək üçün iki həftəlik fürsətə malik olacaq.
Əmirabadi əlavə edib: Nazirlərin təqdimatından sonra İran İslam Şurası Məclisi səlahiyyətləri araşdırmaq üçün bir həftəlik fürsətə malik olacaq və ondan sonra təklif olunmuş nazirlərə etimad səsinin verilməsi iclası təşkil olunacaq.
Mayın 19-da İranda və dünyanın 102 ölkəsində keçirilmiş İranın 12-ci prezident seçkilərində bu seçkilərə namizəd Həsən Ruhani 23 milyondan çox səs toplayaraq, bir daha İran prezidenti oldu.