İyun 02, 2017 18:07 Asia/Baku
  • İrandan Rusiyaya neft ixracatı müqaviləsi imzalanıb

İrandan Rusiyaya gündə yüz min barrel neft ixracatı haqda müqavilə Sankt-Peterburq iqtisadi forumunun kənarında imzalanıb.

İranın neft naziri Bijən Namdar Zəngənə bundan öncə bildirmişdi ki, imzalanacaq razılaşmaya əsasən, hər gün İrandan Rusiyaya 100 min barrel neft təhvil veriləcək və bu ölkənin elan edəcəyi istiqamətlərə ixrac olunacaqdır.

İran neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Məsud Zəmaniniya İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə yanaşı üçgünlük Sankt-Peterburq 
iqtisadi forumunda iştirak edibdir.

Bu məlumata əsasən, Rusiyanın Luk Oyl neft şirkəti də İranın Milli Neft Şirkəti ilə neft və qaz layihələrində investiya üzrə memorandum imzalayıb.

21-ci Sankt-Peterburq 
iqtisadi forumu dünən axşam müxtəlif şəxsiyyətlər, beynəlxalq təşkilatlar və bəzi ölkələrin iştirakı ilə işə başlayıbdır.

İran daxil olmaqla dünyanın 130 ölkəsinin nümayəndələri və yüksək vəzifəli rəsmiləri Rusiyanın Sankt-Peterburq şəhərində bir araya gəldilər ki, mühüm iqtisadi məsələlər barəsində bir-birilərilə müzakirə aparsın, həmçinin forumun kənarında mühüm müqavilələr bağlasınlar.

Teqlər