Qasimi: Fars körfəzinin cənubundakı qonşular sakitliyə çalışsınlar
İran Xarici İşlər Nazirliyi sözçüsü deyib: İran İslam Respublikası Fars körfəzinin cənubundakı bütün qonşularından regionun acı təcrübələrindən ibrət alaraq emosiyalardan kənar məntiqə əsaslanaraq maksimum təmkinliyi qorumaqla gərginliyin azaldılması və sakitliyə qayıtmağa doğru hərəkət etmələrini istəyir.
İran XİN mətbuat katibi Bəhram Qasimi bazar ertəsi günü Fars körfəzində İranın bəzi cənub qonşuları arasında yaranan gərginliklər və son olaylardan nigaranlıq edərək bu məsələlərin həll olunacağına ümid edib.
Bəhram Qasimi bildirib: Region və dünyada terrorizm, radikalizm fenomeninin genişlənməsi və sionist rejim tərəfindən Fələstinin işğalının davam etdiyi halda qonşu dövlətlər arasında diplomatik əlaqələrdə gərginliyin artması region dövlətləri və xalqlarından heç birinin xeyrinə deyil və hamının mənafeyini hədələyir.
Qasimi əlavə edib: Region ölkələri, o cümlədən Qətərin üç qonşusunun bu ölkə ilə hazırkı ixtilaflarının həlli tərəflər arasında yalnız diplomatik, dinc və şəffaf danışıqlar yolu ilə mümkündür.
İran XİN sözçüsü dünyada sanksiya vasitəsindən istifadəni qınayaraq deyib: Müstəqil dövlətlərin milli hakimiyyəti və ərazi bütövlüyünün qorunması, onların daxili məsələlərində müdaxilənin edilməməsi və beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmətlə yanaşılması, beynəlxalq hüquq və əlaqələrin əsaslı normalarıdır. Bütün tərəflər də ona hörmətlə yanaşmalıdırlar.