İyun 07, 2017 15:12 Asia/Baku

İran İslam Şurası Məclisinin sədri bu gün Tehranda törədilən terror aktına reaksiyada deyib: Bugünkü terror hərəkəti qorxaqlıq hərəkəti idi.

İRİB-in məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani parlamentin plenar iclasının sonunda terrorçuların parlament binasına hücum etməsinə toxunaraq bu hərəkəti qorxaqlıq adlandırıb.

Laricani əlavə edib: Terrorçular problem yaratmaq ardıncadırlar, xüsusilə də İran İslam Respublikası terrorzmlə mübarizədə aktiv qütbdür.

İran parlamenti sədrinin sözlərinə görə, təhlükəsizlik qüvvələri bu şəxslərlə sərt şəkildə davranacaq və problem həll olunacaq.

İran parlament nümayəndələri plenar iclasın sonunda bu terror aktını pisləyərək ABŞ-a ölüm şüarı səsləndiriblər.

Tehran valisi Hüseyn Haşimi jurnalistlərlə müsahibədə İmam Xomeyninin (rə) pak məqbərəsi və İran parlamentində iki terror aktının baş verməsinə toxunaraq deyib: Hər iki məkanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətindədir.

Teqlər