İyun 08, 2017 08:50 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü axşam tələbələr ilə görüşdə Tehran terror aktlarına işarə edərək, deyiblər: Bu kimi hadisələr İran xalqı və rəsmilərinin iradəsində heç bir mənfi təsirə malik olmayacaq.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei deyiblər: İran xalqı öz yolunu tam iqtidarla davam etdirəcək.

İran İslam İnqilabının Böyük Rəhbəri İran İslam Quruluşunun ötən 38 ildəki müqaviməti, mübarizəsi və inkişafına habelə, 8 illik müharibəyə, sanksiyalara, qərəzli təbliğatlara və terror hücumlarına məruz qalmasına baxmayaraq, özünü hakim quruluşa qəbul etdirməsinə işarə edərək, deyiblər: Tehran terror aktları bu günkü nəslə terror və terror hərəkətinin nə olduğunu, terrorçuların günahsız insanları necə hədəfə aldıqlarını göstərmiş oldu. 

İnqilab Rəhbəri əlavə ediblər: Çərşənbə günü Tehranda baş verənlərdən daha iri və geniş miqyasda olanı uzun illər İrana hakim olub. Amma, İran İslam Respublikası irəliyə doğru hərəkətini davam etdirməyi bacarıb. Bununla da zorakılıq quruluşu öz istəklərinə çata bilməyib. 

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü Tehranda baş verənlərin İran xalqının iradəsinə təsir etməyəcəyini deyərək, əlavə ediblər: Hamı bilsin ki, bunlar İran xalqı və rəsmilərinin iradəsinə təsir edə bilməyəcək qədər kiçikdirlər. 

İnqilab Rəhbəri həmçinin deyiblər: Bu hadisələr göstərdi ki, əgər İslam Respublikası bu fitnənin mərkəzi olduğu nöqtədə müqavimət göstərməsəydi, indiyə kimi ölkə daxilində bu baxımdan bir çox problemlərə malik olardı. 

Həzrət Ayətullahülüzma Xamenei sonda deyiblər: İnşaəllah, terrorçuların kökü kəsiləcək. 

Teqlər