Düşmənlər terrorla İran xalqını məyus edə bilməzlər
https://azeri.sahartv.ir/news/İran-i272416-düşmənlər_terrorla_İran_xalqını_məyus_edə_bilməzlər
İslam İnqilabının Böyük Rəhbərinin ofis müdiri höccətülislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani Tehran terror hücumlarının səbəbini Amerika prezidenti Donald Trampın Ərriyada səfəri adlandırıb və bildiribdir ki, bu səfərdə İrana zərbə vurmaq üçün fitnələr planlaşdırılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2017 09:56 Asia/Baku
  • Düşmənlər terrorla İran xalqını məyus edə bilməzlər
    Düşmənlər terrorla İran xalqını məyus edə bilməzlər

İslam İnqilabının Böyük Rəhbərinin ofis müdiri höccətülislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani Tehran terror hücumlarının səbəbini Amerika prezidenti Donald Trampın Ərriyada səfəri adlandırıb və bildiribdir ki, bu səfərdə İrana zərbə vurmaq üçün fitnələr planlaşdırılıbdır.

Höccətülislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani həmçinin Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimində bu hücumlarda bir qrup insanın şəhid olması münasibətilə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin başsağlığı müraciətini qiraət edib.

Tehran terror hücumları şəhidlərinin cənazələri Tehranın cümə namazı mərasimindən sonra son mənzilə müşayiət olunub.