İnqilab Rəhbərinin iştirakı ilə İmam Əlinin (ə) əzadarlıq mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i272996-İnqilab_rəhbərinin_iştirakı_ilə_İmam_Əlinin_(ə)_əzadarlıq_mərasimi_keçirilib
Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) vurulmasının ildönümü günündə İslam İnqilabının Böyük Rəhbəri və müxtəlif xalq kütlələrinin iştirakı ilə əzadarlıq mərasimi İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 12:15 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə İmam Əlinin (ə) əzadarlıq mərasimi keçirilib

Dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) vurulmasının ildönümü günündə İslam İnqilabının Böyük Rəhbəri və müxtəlif xalq kütlələrinin iştirakı ilə əzadarlıq mərasimi İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.

Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və nəşr olunması ofisinin məlumatına görə, çərşənbə günü günorta namazı qılındıqdan sonra keçirilən bu mərasimdə məddah Həzrət Əlinin (ə) əzasında müsibəti bəyan edərək mərsiyə oxuyub. 

40-ci hicri qəməri ili Mübarək Ramazan ayının 19-cu gecəsi səhərə yaxın Xəvaric qrupundan İbn Mülcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət İmam Əlinin (ə) sübh namazı qıldığı bir halda zəhərlənmiş qılıncla onun başından vurdu. 

Dünya şiələrinin birinci imamı bu zərbədən sonra evdə xəstə yatağına düşdü və iki gün sonra mübarək Ramazan ayının 21-də şəhid oldu.