Milli Təlükəsizlik; İran silahlı qüvvələrinin qırmızı xətti
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahı bildirib: Milli Təhlükəsizlik İran silahlı qüvvələrinin qırmızı xəttidir və İranı müdafiə sahəsində bir an olsun belə qəflətə yol verilməyəcək.
İran silahlı qüvvələrinin baş qərargahı çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: ABŞ Senatında İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bir vaxtda Sepah-ın Suriyada terrorçuların mövqeyinə olan dəqiq raket hücumu düşmənə göstərdi ki, İranın milli təhlükəsizliyinə qarşı istənilən təhdid İran xalqının iradəsi və dəstəyi ilə İran silahlı qüvvələri tərəfindən ciddi reaksiya ilə üzləşəcək.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah terrorçuların 7 iyunda Tehranda həyata keçirdikləri terror hücumuna cavab olaraq bazar günü Suriyaının Deyrəzzur vilayətində İŞİD terrorçularının komandanlıq qərargahını 6 ədəd raket ilə hədəfə aldı.
İran silahlı qüvvələrinin baş qərargahı əlavə edib: Sepah-ın raket hücumu bir daha bu həqiqəti dünya üçün aşkar etmiş oldu ki, iranlılar terrorçuların birbaşa olaraq ABŞ tərəfindən idarə edilməsi barədə eyni fikrə malikdirlər və heç vaxt ABŞ-ın fitnələri qarşısında sayıqlığı əldən vermirlər.