İranın XİN-i: Qüds günü Fələsitn xalqının məzlumluq fəryadı günüdür
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Ümumdünya Qüds Gününü zülm və zorakılığa məruz qalmış Fələstin xalqının məzlumluq və uşaq qatili olan işğalçı sionist rejim qarşısındakı haqq fəryadı adlandırıb.
İranın Xarici İşlər Nazirliyi çərşənbə günü bir bəyanat yayıb. Bəyanatda deyilir: Bəzi ölkələrin siyasətləri və rəftarları terrorizmin genişlənməsinə və İraq, Suriya, Yəmən və Bəhreyn kimi ölkələrdə böhranın dərinləşməsinə səbəb olub. Və bütün bunlar sionist İsrail rejiminin maraqlarına xidmət sayılır.
İran XİN-i öz bəyanatında həmçinin bildirib: Bu gün hər zaman olduğundan daha artıq müsəlman xalqlar birlik və həmrəyliyin qorunmasına ehtiyaclıdırlar. Müsəlmanlar İsrail rejimi qarşısında birlik və həmrəyliyini qorumalı və bəsirət ilə düşmənləri tanımalıdırlar.
İranın Xarici İşlər Nazirliyi həmçinin, bütün müsəlman xalqlardan Ümumdünya Qüds Günü yürüşlərində iştirak etmələrini istəyib.