İyun 23, 2017 19:56 Asia/Baku
  • Salehi: Nüvə anlaşmasının uğuru səmərəli anlaşmadan asılıdır
    Salehi: Nüvə anlaşmasının uğuru səmərəli anlaşmadan asılıdır

İranın Atom Enerjisi Təşkilatının sədri Londonda çıxan Qardian qəzetində dərc olunmuş məqaləsində yazıb: Nüvə anlaşmasının yaşaması üçün Qərb öz yolunu dəyişməlidir.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi məqalədə sonra yazıb: İran ilə Qərb arasındakı nüvə anlaşmasının uğuru hazırda izlənilən qeyri-stabillik yaradan siyasətlərdən deyil, səmərəli anlaşmadan asılıdır. 

Salehi İran ilə Qərbin anlaşması yolunda mövcud olan əsas maneəni "təhlükəsizlik çaş-başlığı" adlandırıb və belə yazıb: Amerikanın hərbi silahlarının bəzi region ölkələrinə satılması və onların silah alqılarındakı aşkar hədd aşmaları səbatsızlıq xətəri ilə müşayiət olunur.

O, regionun siyasi, mədəni və sosial reallıqlarının təhrif olunmasını səmərəli anlaşma yolunda ikinci problem adlandırıb və belə qeyd edib: Alternativ reallıqlar, o sıradan "şiə və sünni savaşı" və "İrana qarşı İsrail-ərəb mehvəri" müsbət və faydalı anlaşmanı mümkünsüz edirlər.

İranın Atom Enerjisi Təşkilatının sədri vurğulayıb: Regionda iranofobiyanın yayılması və ya regionun hərbi və təhlükəsizlik müvazinətinin qəsdən dəyişdirilməsi yolu ilə İranın real təhlükəsizlik nigarançılıqlarına diqqətsizlik anlaşmanı xətərə salır.

Teqlər