İyun 26, 2017 10:31 Asia/Baku
  • İnqilab rəhbəri: İslam ümməti zalımlardan bəraət etsin
    İnqilab rəhbəri: İslam ümməti zalımlardan bəraət etsin

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər Fitr bayramı namazının xütbələrində bildiriblər: Bu il Ramazan ayı həqiqi mənada xalqımız üçün mübarək ay idi. Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: İslam ümmətinin üstündə çoxlu yaralar var və islam dünyası birmənalı şəkildə zalımlardan bəraət etməli, onlara nifrətini bildirməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün Fitr bayramı namazı xütbələrində bildiriblər: Allaha şükürlər olsun ki bu il Ramazan ayı İran xalqı üçün həqiqi mənada mübarək ay oldu.

O həzrət bildiriblər: Bizim yaxından müşahidələrimizə görə, xalq öz rəftarında və ibadət və xidmət fəaliyyətlərində təvəssül və təqərrüb nişanələrini nümayiş etdirdi. Mənəvi atmosfer, təqərrüb və təvəssül atmosferi və həqiqi mənada Ramazan atmosferi yaşandı. 

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Bu ay riyazət məşqi idi, Allaha diqqət məşqi idi, bu məşqlərdən maksimum faydalanın. Bu ehtiyatı özünüz üçün qoruyub-saxlayın. 

Müsəlmanların vəliyyi-əmri bildiriblər: İslam ümmətinin üzərində böyük yaralar var, Yəmən, Bəhreyn, müsəlman ölkələrdəki digər çeşidli problemlər islamın canına əsas yaralar vurub. 

O həzrət bildiriblər: İslam dünyası birmənalı şəkildə Yəmən xalqına dəstək verməlidir, bu xalqı Ramazan günlərində hücumların hədəfinə çevirən zalımlardan bəraət etməli, onlara nifrətini bildirməli və xalqa dəstək verməlidir. 

Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Bəhreyn xalqı və Kəşmir xalqı üçün də, xalqımız islam dünyasının bu əzəmətli hərəkətinə arxa dura bilər.

O həzrət bildiriblər : Bizim düşmənlər barədə mövqelərimizi açıq-aşkar şəkildə elan etdiyimiz kimi, islam dünyası, xüsusi ilə ziyalılar, alimlər də bu metodu əsas götürməli və birmənalı mövqe sərgiləməli, başqaları və zalımlar narazı qalsalar da, Allah-taalanı özlərindən razı etməlidirlər. 

Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Əziz İran xalqı başını dik tutmalıdır. Ona görə ki, böyük işlər gördü; ürəkləri sevindirin, ürəklərdə ümid yaradın, böyük işlər gördünüz, birincisi, mübarək Ramazan ayından az öncə yüksək əhval-ruhiyyə ilə dünyaya əzəmətli seçkilər nümayiş etdirdiniz, ikincisi, Qüds günü yürüşləri əzəmətli təşəbbüs idi. Sepahın düşmənlərə güclü hücumu da böyük iş idi. 

O həzrət sonda bildiriblər: Ümid edirik ki, inşallah tezliklə yeni hökumət təşkil olunacaq və ölkə üçün lazımı işləri tezliklə başladacaq. Qarşıda həyata keçməli olan böyük işlər var. Ölkə rəhbərləri xalqın yardımı ilə daxili istehsal, gənclərin işlə təmin olunması sahəsində işlər görməlidirlər və milli istehsal və məşğulluq ili adlandırdığımız bu ildə bu sahədə fəaliyyətlər ciddi şəkildə davam etdirilməlidir. 

Teqlər