İyun 26, 2017 13:50 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri təkid ediblər: İslam fiqhinə əsasən, düşmənin islam ərazisinə istilası qarşısında bütün müsəlmanlar hər hansı formada mübarizə və cihad etmək məsuliyyətinə malikdirlər və buna görə də bu gün sionist rejim ilə mübarizə bütün islam dünyasına lazım və vacibdir.

Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin internet portalının verdiyi məlumata görə,İslam İnqilabının Böyük Rəhbəri bu gün xalq kütlələri və müsəlman ölkələrin səfirləri ilə görüşündə səadətli Fitr bayramı münasibəti ilə onları təbrik edərək bəzi müsəlman ölkələrin bu mübarizədən boyun qaçırmalarını qınayaraq İran xalqını öz üzərinə düşən vəzifəni yerinə yetirməkdə ayıq və oyaq hesab edib və bildiriblər: İslam dünyası vəhdətə və koalisiyaya ehtiyaclıdır və müsəlman xalqların əksəriyyəti də yekdildir, sadəcə dövlətlər öz vəzifələrini yerinə yetirməlidirlər. 

Həzrət Ayətullahülüzma Xamenei Qüds Günü yürüşləri və İran xalqının Fələstin xalqını müdafiədə geniş və şövqlu iştirakını müsəlman birliyinin iftixarlı nümunəsi adlandıraraq deyiblər: İslami vəhdətin mənası da elə budur ki, İranın oruc ağız və şiə xalqı belə bir əzəmət və təntənə ilə küçələrə axışır və sünni olan fələstinlilərlə yekdil olduqlarını nümayiş etdirirlər. 

İslam İnqilabının Böyük Rəhbəri Fələstin məsələsinin kölgəyə salınması və unutdurulmasının böyük təhlükə olduğunu bildirərək xatırladıblar: Təfriqəçilikdən çəkinmək və birləşmək bütün müsəlman ölkələrin xeyirinədir və islam dünyasının birinci məsələsi olan Fələstin məsələsi ətrafında yekdil olmaqla onun kölgədə qalması yaxud unutdurulmasının qarşısı alınmalıdır. 

Həzrət Ayətullahülüzma Xamenei təfriqə və ixtilafın ən əsas problem və islam dünyasının bədəninə vurulan ən böyük yara olduğunu bildirərək Yəmən, Suriya, İraq və Şimali Afrika kimi islam dünyasının müxtəlif regionlarında qanlı toqquşmalara işarə edərək deyiblər: Müsəlman ölkələrin biri-birinə yaxınlaşmaları və biri-birinə qarşı güc tətbiq etməkdən çəkinmələri, ilahi hikmətə uyğun olaraq bütün müsəlman ölkələrin mənafeyinə uyğundur. 

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından öncə İran islam Respublikası prezidenti Həsən Ruhani İran xalqı və İranın silahlı qüvvələrinə terrorçular qarşısında müqavimətinə görə öz təşəkkürünü bildirərək deyib: Terrorçuların cavabını vermək İranın müdafiə gücünün kiçik bir hissəsini nümayiş etdirmiş oldu. 

Həsən Ruhani xalqın Qüds günü yürüşlərində geniş iştirakına toxunaraq deyib: Xalqın bu gündə yürüşü işin haqqın batilə qələbəsi ilə bitəcəyini isbatladı. 

Teqlər