Total ilə müqavilə; Beynəlxalq şirkətlərin İrana qayıdışı
https://azeri.sahartv.ir/news/İran-i275100-total_ilə_müqavilə_beynəlxalq_şirkətlərin_İrana_qayıdışı
İran İslam Respublikasının neft naziri Cənubi Pars qaz yatağının 11-ci fazasının istismarı ilə bağlı Total şirkəti ilə imzalanan müqaviləni Avropa və Asiyanın iri şirkətləri və sərmayə sahiblərinin İrana qayıdışı mənasında dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 06:15 Asia/Baku
  • Total ilə müqavilə; Beynəlxalq şirkətlərin İrana qayıdışı
    Total ilə müqavilə; Beynəlxalq şirkətlərin İrana qayıdışı

İran İslam Respublikasının neft naziri Cənubi Pars qaz yatağının 11-ci fazasının istismarı ilə bağlı Total şirkəti ilə imzalanan müqaviləni Avropa və Asiyanın iri şirkətləri və sərmayə sahiblərinin İrana qayıdışı mənasında dəyərləndirib.

Cənubi Pars qaz yatağının 11-ci fazasının istismarı üzrə müqavilə bazar ertəsi günü İranın Milli Neft Şirkəti ilə Fransanın "Total" şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium arasında imzalanıb. Müqavilənin dəyəri 4 milyard 800 milyon dollardır. Bu müqavilə Tehranda imzalanıb. 

Bijən Namdar Zəngənə deyib: Bu müqavilənin imzalanması ilə xarici şirkətlərin İranda sərmayə qoyuluşu və fəaliyyət ilə bağlı bir çox şəkk və şübhələri aradan qalxmış oldu. 

İranın neft naziri əlavə edib: Bu müqavilə İranın nüvə anlaşmasından sonra beynəlxalq şirkətlər ilə imzaladığı ilk neft müqaviləsidir. Dünyanın 3 mühüm şirkəti ilə olan bu müqavilə, düşmənlərin İran İslam Respublikasının izzətini istəmədikləri bir şəraitdə imzalandı.