İran dünyada narkomaddələrin keçidi yolunda bir səddir
İranın narkotik maddələrlə mübarizə polisinin rəisi deyib ki, İran Avropaya doğru narkomaddələrin keçidi yolunda yeganə səddir və özünün bütün məntəqələri və sərhədlərində qaçaqmalçılarla mübarizə aparır.
İranın narkotik maddələrlə mübarizə polisinin rəisi general Mohəmməd Məsud Zahediyan bu gün Məşhəddə narkotik maddələrlə mübarizəyə həsr olunaraq keçirilən konfransın kənarında deyib: Bəzi Avropa ölkələri narkotik maddələrlə mübarizə əzmkarlığına malik deyillər və iddia etmək olar ki, İran təklikdə dünyanın bu sahədəki çətinliklərini həll edir.
İranın narkotik maddələrlə mübarizə polisinin rəisi bildirib ki, ikitərəfli beynəlxalq və regional müahidələr İranın narkotik maddələrlə mübarizə sahəsindəki hədəflərindəndir. O, deyib ki, narkotik maddələrlə mübarizə sahəsində bütün ölkələrin imkanlarından istifadə etmək lazımdır.
Qeyd olunan konfransın sonunda on yeddi ton narkotik maddə məhv edilib.
İran dünyada narkotik maddələr qaçaqmalçılğı ilə mübarizədə 3500-dən çox şəhid və on mindən çox yaralı veribdir.