Ruhani: İran xalqı dünya qüdrətləri qarşısında qalibdir
-
Ruhani: İran xalqı dünya qüdrətləri qarşısında qalibdir
İran İslam Respublikası prezidenti deyib: İran xalqı iqtidar, vəhdət və öz diplomatlarına dəstək olmaqla sübut etdi ki, dünyanın böyük qüdrətlərinin planları qarşısında qələbə qazanmaq qüdrətinə malikdir.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Tehranda keçirilən "Sağlamlıq Abadlığı" festivalında deyib: İran xalqı çətinliklər qarşısında müqavimət göstərməklə yanaşı, region xalqları o cümlədən Suriya və İraq xalqlarına da kömək edir.
Həsən Ruhani əlavə edib: İran xalqı və dövləti ən ağır iqtisadi şəraitdə İraq və Suriya xalqlarına kömək etdi.
İran İslam Respublikası prezidenti ABŞ, İsrail rejimi və regiondakı bəzi irticaçı rejimlərin İran ilə düşmənçilk etdiklərinə işarə edərək, deyib: İran mühüm bir məsələdə uğur əldə etmək istədiyi hər bir zaman sadəcə xalqın razılığı və dəstəyi, İnqilab Rəhbərinin müdrik göstərişləri və iranlı işçilərin fədakarlıqlarına ehtiyaclıdır.
Həsən Ruhani çıxışının davamında İranda tibb sahəsində infrastruktur sahəsində çox yaxşı işlərin görüldüyünə işarə edərək, deyib: Bu gün İranda bir çox çətin xəstəliklərin müalicəsi mümkündür və xəstələr müalicə olunmaq üçün Qərb ölkələrinə müraciət etmirlər. Eyni zamanda İran bir çox xəstəliklər üçün müalicə mərkəzinə çevrilib və digər ölkələrdən xəstələr müalicə olunmaq üçün İrana müraciət edirlər.
İran İslam Respublikası prezidenti səhiyyə sistemində inkişaf və irəliləyişin davam etdiyinə toxunaraq, deyib: Bacarıqlı, istedadlı və peşəkar kadrlar ilə yanaşı modern təchizatlar və infrastrukturların olması səhiyyə sistemində böyük dəyişikliyə səbəb olub.
İranın səhiyyə naziri Seyid Həsən Qazızadə Haşimi də bu festivalda iştirak edərək, deyib: İranda səhiyyə və tibb sahəsində fəaliyyət göstərən təhsil ocaqları və laboratoriyaların genişləndirilməsi ilə İran elmi məqalələrin istehsalı baxımından dünyada 20-ci pillədən 18-ci pilləyə yüksəlib.