Mogerini bəyanat verib
Avropa Birliyinin xarici siyasət koordinatoru İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının imzalanmasının 2-ci ildönümündə bir bəyanat yayaraq bildirib ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı region və dünyanın təhlükəsizliyi üçün tarixi nailiyyət və çox şaxəli diplomatiya üçün uğurdur.
AB informasiya portalının verdiyi məlumata görə, Avropa Birliyi xarici siyasət koordinatoru Federika Mogerini cümə günü İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının 2-ci ildönümündə deyib: İmzadan 2 il, nüvə razılaşmasının icrasından 18 ay sonra bütün tərəflər, o sıradan İran bu razılaşmanı uğurla icra ediblər və bu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son 6 hesabatında öz təsdiqini tapmışdır.
Mogerini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib və beynəlxalq ictimaiyyətə aid olan bir razılaşmadır, məhz buna görə də TŞ bütün tərəflərdən iki il öncə öz üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirmələrini gözləyir.
Mogerininin bəyanatında deyilir: AB bu razılaşmanın mühafizəsi və icrasına öhdəliklidir və belə də qalacaq. Həmçinin bu razılaşmadan regionda diqər münaqişəli mövzular üçün də təməl kimi istifadə olunmasında öz üzərinə öhdəlik götürüb.
2015-ci il 14 iyulda uzun sürən müzakirələrdən sonra nəhayət İran ilə dünyanın altı güclü ölkəsi arasında nüvə razılaşması imzalandı.
Həmin razılaşma 2015-ci il 20 iyulda BMT TŞ-də 2231 saylı qətnamədə öz əksini tapdı və beynəlxalq razılaşmaya çevrildi.
Bu razılaşma 2016-cı il yanvarın 16-dan icra edilir.