İran terrorizmlə mübarizədə öncüldcür
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə sədr müavini deyib: İran İslam Respublikası dünya ölkələri arasında terrozimlə mübarizədə ilk yerdə durur.
İRNA-nın məlumatına görə, İslam İnqilabının Böyük Rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə sədr müavini Ayətullah Möhsün Qumi çərşənbə günü İranın şimal-şərqində yerləşən Məşhəddə deyib: İran İslam Respublikasının fəaliyyətləri olmasaydı, İŞİD terror qruplaşması İraq və Suriya və bir çox region və Avropa ölkələrini bürümüşdü.
Hazırda İran İslam Respublikası quruluşu düşmənlərinin hücum vəziyyətindən müdafiə vəziyyətinə keçdiyini diqqətə çatdıran Ayətullah Möhsün Quminin sözlərinə görə, hazırda dünyada İran İslam Respublikasının müttəfiqləri aktiv şəkildə müqavimət cəbhəsini dəstəkləyir.
Ayətullah Möhsün Qumi beynəlxalq səviyyədə imperialist və müqavimət mehvərinin formalaşmasına toxunub: Qərblilər, xüsusilə də ABŞ müxtəlif metodlarla Yaxın Şərqdə öz məqsədlərini izləməyə cəhd etdilər. Lakin onların bütün məqsədləri məğlubiyyətə uğradı.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə sədr müavini sionist rejimin məğlubiyyətlərinə də diqqət çəkib: Beynəlxalq səhnədə müqavimət ordusunun təşkil olunması və sionist rejimin Suriyadakı məğlubiyyəti müqavimət mehvərinin bu rejimə vurduğu ən böyük zərbələrdən biri idi.