Küveyt XİN-i İran səfirini çağırtdırdı
Küveyt Xarici İşlər Nazirliyi İran İslam Respublikasının bu ölkədəki səfirini çağırtdıraraq, İranın Küveytdəki diplomatlarının sayının azaldılmasını rəsmi qaydada səfirə elan edib.
Küveyt hökuməti bu gün cümə axşamı İranın bu ölkədəki mədəniyyət mərkəzini bağlayaraq, iranlı diplomatların sayını da azaldıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Küveyt hökuməti bu addımın "Əl-Əbdəli" qruplaşması ilə bağlı atıldığını iddia edib. Küveyt hökuməti bu dosyedə İranı "Əl-Əbdəli" qrupu ilə əlaqəyə malik olmaqda ittiham edir.
Son zamanlar xüsusi ilə ötən həftələr ərzində Küveytdə çıxan Əs-Siyasiyyə qəzeti yüksək səviyyəli dövlət rəsmisi adlandırdığı şəxslərə istinadla iddia edib ki, Əl-Əbdəli qrupunun 14 üzvü barələrində məhkəmə qərarının çıxarılmasının ardınca İrana qaçıblar.
Küveyt məhkəməsi bu şəxsləri casusluqda və Küveyt hökumətinə qarşı destruktiv addımlar atmağa cəhd göstərməkdə ittiham edir.
İran İslam Respublikası və Livan Hizbullahı Küveyt hökumətinin bu ittihamlarını rədd edir.