İran ABŞ-ın nüvə sazişindən çıxması ehtimalına hazırdır
-
Kamal Xərrazi
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Amerikanın İrana qarşı yeni sanksiyalarının İran ilə altılar qrupu arasında əldə olunmuş nüvə razılaşmasını pozduğunu deyib.
Amerikanın Xəzinədarlıq Nazirliyi iyulun 18-də İrana qarşı düşmənçilik planlarının davamında müxtəlif bəhanələr o cümlədən İranın raket proqramı ilə əlaqədə olmaq bəhanəsi ilə 18 iranlı və xarici fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.
İranın xarici əlaqələr üzrə strateji şurasının sədri Kamal Xərrazi dünən France-24 telekanalına verdiyi müsahibədə deyib: Amerikanın son sanksiyaları və İranla əməkdaşlıq etməmək üçün banklara təzyiq göstərməsi nüvə razılaşmasını pozur.
Xərrazi Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramına (ƏMTP) sadiq qaldığını iddia etməsini qınayaraq deyib: ƏMTP İranın qırmızı xəttidir və Tehran Amerikanın bu razılaşmadan çıxacağı duruma özünü hazır edib.
Xərrazi həmçinin Küveytin İranla diplomatik əlaqələrini məhdudlaşdırması barədə deyib: Küveyti bu hərəkətə Səudiyyə Ərəbistanı təhrik edib və səudiyyəlilər Yəmən, İraq və Suriyada bir çox səhvlərə yol veriblər.
İranınXarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri deyib: İran region böhranlarının yeganə həll yolunun sədaqətli müzakirələr olduğuna inanır.