İyul 24, 2017 14:03 Asia/Baku
  • Ayətullah Əraki
    Ayətullah Əraki

İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleyanın baş katibi Fələstinin məzlum xalqını himayənin dünya müsəlmanlarının məntiqi və şəri vəzifəsi adlandırıb.

İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleyası ümumi əlaqələr şöbəsinin bu gün yaydığı məlumata görə, Ayətullah Möhsün Əraki Londonda keçirilən "Qərbdə islamofobiya planının araşdırılması" konfransında dünyanın zalım qüvvələrinin insani dəyərlərin məhv edilməsi və bəşər ictimaiyyətində təfriqə istiqamətində cəhd göstərdiklərini xatırladıb və deyib: Bütün regional və beynəlxalq böhranlarda Amerika və onun ortaqlrının ayaq izini görmək olar. 

İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleyanın baş katibi zalım qüvvələrin məqsədinin xalqların mentalitetini məhv etmək olduğunu bildirərək deyib: Müsəlman alimlər dünyanın zalım qüvvələrinin və onun himayədarlarının xüsusilə sionist rejimin məkirli planları qarşısında ayıq olmalıdırlar.  

Ayətullah Möhsün Əraki zalım qüvvələrin gücünün məhv olmaqda olduğunu bildirib və deyib: ABŞ və sionist rejimin müsəlman ölkələrə qarşı məkrli planları müsəlman xalqların ayıqlığı və şücaəti nəticəsində məğlubiyyətə uğramalıdır. 

İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Beynəlxalq Assambleyanın baş katibi Səudiyyə Ərəbistanının Yəmənə hücumuna toxunaraq deyib: Səudiyyə Ərəbistanı sionist rejim ilə qarşılaşmaqdansa, Yəmənin məzlum xalqını qırğın edir. 

Ayətullah Əraki dünyanın zalım qüvvələrinin İran İslam Respublikasını diz çökdürmək cəhdlərinin məğlubiyyətə məhkum olduğunu bildirərək deyib: İslami İran tərəqqi yolunda heç vaxt dayanmayıb. 

Teqlər