Xərrazi: İran özünümüdafiə üçün raket istəyir
-
Xərrazi: İran özünümüdafiə üçün raket istəyir
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib ki, İran İslam Respublikası özünümüdafiə üçün ən yaxşı raketlər istəyir.
Kamal Xərrazi "Frans İnter" radio kanalı ilə müsahibədə İran İslam Respublikasının raket proqramını İranın qanuni haqqı adlandırıb və belə deyib: Nüvə anlaşmasına əsasən, yalnız nüvə başlıqları daşıya bilən raketlərin sınağı qadağandır.
İranın Xarici Əlaqələr Strateji Şurasının sədri ABŞ prezidenti Donald Trampın Yaxın Şərq regionundakı səbatsızlıq yaradan siyasətlərini pisləyib və bildirib ki, amerikanlar nüvə anlaşmasının icrasını tam şəkildə pozmaqdadırlar.
İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarında icraya qoyulub, amma Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim nüvə anlaşmasını pozur.