İran Amerikaya qarşı şikayət qaldırıb
İranın İslami Şura Məclisinin sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) amerikalılar tərəfindən pozulmasının aydın məsələ olduğunu bildirərək deyib: İran İslam Respublikası Amerikanın yeni sanksiyalarına görə ƏMTP-nın müştərək komissiyası və şurasına şikayət edib.
İran parlamentinin sədri Əli Laricani bu gün Qum şəhərində müxbirlərə verdiyi müsahibəsində ƏMTP-yə nəzarət heyətinin iclasına toxunara deyib: İran qətiyyət və tədbirlə amerikalıların öz məqsədlərinə çatmalarına imkan verməyəcək.
Laricani deyib: Bəzi ölkələr də birmənalı şəkildə bildiriblər ki, Amerikanın İrana qarşı hərəkətləri ƏMTP-ni pozub.
İranin İslami Şura Məclisinin sədri amerikalıların nüvə razılaşmasının icrasına mane olmaq ardınca olduqlarını bildirərək deyib: ABŞ konqresinin İrana qarşı yeni sanksiya layihəsini qəbul etməsi İranda investisiya qoyuluşuna mane olmaq üçün mənfi atmosfer yaratmaq məqsədini güdür.
ƏMTP-yə nəzarət heyətinin dünən prezident Ruhaninin sədrliyi ilə keçirdiyi iclasda İran İslam Respublikasının ABŞ konqresinin son layihəsinə qüdrətli, münasib və ağıllı cavab verməli olduğu vurğulanmışdı.
ABŞ konqresi ötən həftə "İrana qarşı əhatəli sanksiyalar" layihəsini qəbul etdi.